At əti
At əti — Atın qida kimi istifadə olunan əti.
At əti qida məhsulu kimi istehsal edən ölkələrin çoxusunda, atları inəklərlə oxşar üslubda kəsirlər. Böyük sallaqxanalarda onları mənzil bolt tapança ilə gicəllətdirib, ölənə qədər qanı tökürlər. Yemək istehsalı az sənayeləşdirilmiş olan ölkələrdə, atları lazım olanda bir-bir, açıq havada, istehlak olduğları kəndlərdə və ya istehlak olduğları yerlərə yaxın kəsirlər.
2009-cu ildə, Britaniyanın kənd təsərüfatı saytı dünya ölkələrin at əti istehsalı miqrdarından məlumat verib:
*Eşşəkləri daxil edərək
Qazaxıstan ilə Qırğızıstanda, əhalinin köçəri köklərinə görə, at əti qidalanmanın böyük hissəsidir. Atın fərqli hissələrdən qazı, jal və sucuk kimi malları hazırlayırlar.
Yapon mətbəxində bişməmiş at ətinə çəhrayı ətinə görə sakura (桜) və ya sakuraniku (桜肉, sakura albalı növüdür, niku isə ət deməkdir) deyirlər. Onu saşimi şəkildə, soy sousu ilə, bəzən sousa zəncəfil və soğan əlavə edərək.
Cənubi Koreyada at ətini adətən yemirlər. Fəqət əsasən boyun hissədən gələn at əti Cənubi Koreyanın Cecu adasında delikates sayılır.